Yasamalda gənci avtomobil vurub

10 May 2022 07:28

Bakıda daha bir piyada yol qəzasında xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2003-cü il təvəllüdlü Əliyeva Ayan Arif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az