Kubada oteldə partlayış nəticəsində 40 nəfər ölüb

10 May 2022 08:33

Kubanın Havana şəhərinin mərkəzində "Saratoqa" mehmanxanasında baş verən partlayışda ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş verən qaz partlayışı nəticəsində 40 nəfər ölüb.

Xəstəxanada müalicə alan 18 nəfərdən altısının vəziyyəti ağırdır.

Milli.Az