Avstriyada qatar qəzaya uğrayıb, ölənlər və yaralananlar var - FOTO

9 May 2022 22:46

Avstriyanın şimal-şərqindəki Mödlinq rayonunda qatar relsdən çıxaraq qəzaya uğrayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Avstriyanın "Kronen Zeitung" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.

Qəzanın səbəbləri açıqlanmır.

Xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər.

Milli.Az