Millinin hücumçusu "Qalatasaray"ı tərk edir

9 May 2022 16:07

Misir millisinin futbolçusu Mustafa Məhhəmməd cari mövsümün sonunda Türkiyə "Qalatasaray"ından ayrılacaq.

Milli.Az report-a istinadən bildirir ki, 25 yaşlı hücumçu karyerasını Fransada davam etdirmək istəyir.

Bu ölkənin bir neçə iddialı klubundan təklif alan forvard Türkiyədə qalmaq niyyətində deyil. "Cim-Bom" isə futbolçusunu ən azı 10 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zamalek" klubundan keçib.

Milli.Az