Putin: "Rus hərbçiləri öz torpaqlarında döyüşür"

9 May 2022 11:50

NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi.

Milli.Az azxəbər-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.

"NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməyə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi", - Putin vurğulayıb.

Putin daha sonra qeyd edib: Donbass silahlıları və Rusiya hərbçiləri öz torpaqlarında döyüşür. Rusiya Qərbdən fərqli olaraq vətənə məhəbbətdən, imandan və ənənəvi dəyərlərdən heç vaxt vaz keçməyəcək".
 

Milli.Az