Moskvada 9 May paradının hava hissəsi ləğv edilib

9 May 2022 11:18

Moskvada 9 May Qələbə paradının hava hissəsi ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qələbə paradında aviasiyanın keçidinin hava şəraitinə görə ləğv edildiyini vurğulayıb.

Qeyd edək ki, Qızıl Meydanda 9 May faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan parad keçirilir. Paradda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət rəsmiləri iştirak edir.

Milli.Az