Bu ilin ilk dörd ayının nəticələrinə görə Çin xaricdən neft və təbii qaz alışını azaldıb.
Milli.Az report-a istinadən bildirir ki, hesabat dövründə ölkə 116,07 milyard ABŞ dolları dəyərində 170,8 milyon ton neft idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,7 % çoxdur, kəmiyyət olaraq - 4,8 % azdır.
2022-ci ilin yanvar-aprel aylarında Çin xaricdən 21,6 milyard ABŞ dolları dəyərində 35,8 milyon ton "mavi yanacaq" alıb. Bir il əvvəlki göstəricilərlə müqayisədə tədarük müvafiq olaraq 59,9 % artıb və 8,9 % azalıb.
Milli.Az