112 yaşında ürəktutmadan öldü

9 May 2022 09:52

İtaliyanın ən yaşlı sakini 112 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ancela Tiraboski ad gününü aprelin 19-da qeyd edib. Lakin son günlərdə səhhəti pisləşib.

Qadın dünən gecə yuxuda ikən ürək tutmasından dünyasını dəyişib.

O, zəifliyinə baxmayaraq, hər gün qəzet oxuyur, televiziyada xəbərlərə baxırdı. Onun 70-85 yaşlarında olan dörd övladı var idi.

Milli.Az