Ukrayna ordusu Rusiyaya məxsus 1 helikopteri məhv edib

9 May 2022 08:00

Sutka ərzində Xerson və Nikolayev istiqamətlərində ciddi mövqe dəyişikliyi olmayıb, lakin bir diversiya aktının qarşısı alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrana Silahlı Qüvvələrinin Cənub Ordu qrupunun komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, sutka ərzində Rusiya ordusuna məxsus 2 YARS, 1 tank, 1 Pansir ZRK, helikopter və 2 PUA, həmçinin 50 əsgər məhv edilib.

Milli.Az