Xarkov atəşə tutuldu - Ölənlər var

8 May 2022 23:54

Rusiya qüvvələri Xarkovu yenidən atəşə tutub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyası öz Telegram kanalında məlumat yayıb.

"Mayın 8-də düşmən Xarkov vilayətinin yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. İşğalçıların endirdiyi atəş zərbələri nəticəsində beş nəfər yaralanıb, üç nəfər həlak olub", - məlumatda deyilir.

Milli.Az