Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib?

8 May 2022 22:43

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsindən xəstəxanaya köçürülməsi barədə yayılan xəbər təkzib olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edilib ki, Rustavidəki 12 saylı həbsxanada saxlanılan başqa məhbusun xəstəxanaya köçürülməsinə ehtiyac yaranıb.

Milli.Az