ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

8 May 2022 23:41

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

APA-nın xəbərinə görə, məlumat nazirliyin saytında yerləşdirilib.

Bildirilir ki, Rusiyadan olan daha 33 fiziki şəxs, 22 şirkət və rusiya bayrağı altında üzən 69 gəmi sanksiya siyahısına salınıb.

Sanksiya siyahısına əlavə olunan şirkətlıər arasında basnklar və ərzaq istehsalında ixtisaslaşan şirkətlər üstünlük təşkil edir.

Milli.Az