Bakı səmasının gecə işıqlanmasının səbəbi bilindi - YENİLƏNİB - FOTO

8 May 2022 22:49

22:49

Bakı səmasındakə işıq yanğın deyil.

Səngəçal terminalında və platformalarda elektrik təchizatında yaranan nasazlıqla bağlı qalıq qazlar fakelə ötürülərək yandırılır.

Bakının müxtəlif ərazilərində görünən nəhəng işıq da məhz bundan qaynaqlanır.

22:12

Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb.

Milli.Az bildirir ki, yanğının Xocasən qəsəbəsi istiqamətdə olduğu vurğulanır.

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, yanğının miqyası böyükdür.

Milli.Az