Qurd Cəbrayıl, Teymurləng... Yusif Vəliyev-95 - FOTO
22 Mart 2012 13:02
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, aktyor 1917-ci ildə Dərbənddə doğulmuşdu. 16 yaşında Bakıya gələrək teatr Texnikumuna daxil olan Y.Vəliyev tamaşaçıların yaddaşında bir sıra məşhur rolları ilə qalıb. "Arxadan vurulan zərbə" filmindəki Qurd Cəbrayıl, "Nəsimi" filmində Əmir Teymur, "Tütək səsi"ndə Qurban, "Bir cənub şəhərində" filmində prorab və sair onun yaddaqalan rollarındandır.
Ümumilikdə aktyor 60-dək filmə çəkilib.
Y.Vəliyev 1980-ci il martın 18-də, 63 yaşında vəfat edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



