İranda 488 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

8 May 2022 18:22

İranda ötən sutka ərzində 488 nəfər koronavirusa (COVID-19) yoluxub, 12 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 177 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7 milyondan çox şəxs koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil edir.

Milli.Az