Rusiyada koronavirusdan daha 118 nəfər ölüb

8 May 2022 17:22

Rusiyada son sutka ərzində daha 5447 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 18 227 666 nəfərə çatıb.

Son sutka ərzində 118 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 376 946 nəfərə çatıb.

Milli.Az