Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

8 May 2022 13:25

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Mərdanov Araz Yusif oğlu Ağstafa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.

O bu vəzifəyə qədər, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Milli.Az