Tuvana onunla sevgilidir

8 May 2022 12:45

Türkiyəli aktrisa Tuvana Türkay yeni eşqə yelkən açıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa ötən gün Bodrumda iş adamı İzzet Antebi ilə görüntülənib. İkili müxtəlif günlərdə bərabər yemək yeyib.

Qeyd edək ki, Tuvana keçən il 12 illik evliliyini sonlandırıb. O, sonuncu dəfə "Kağıt ev" adlı serialda rol alıb.

Milli.Az