Zelenski: “Rusiyanın qələbəsi bütün dünyanın məhvi və məğlubiyyətidir”

8 May 2022 10:52

Böyük itkilərə və bütün ilkin planların iflasa uğramasına baxmayaraq, Rusiya Ukrayna ilə bağlı ambisiyaları dəyişmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin "Fox News" telekanalına müsahibəsində deyib.

Rusiya prezidenti Vladimir Putin Moskvadakı paradda hansı bəyanatları səsləndirirsə də bunun Ukrayna üçün heç bir əhəmiyyəti olmayacaq.

O qeyd edib ki, rusların qələbəsi bütün sivil dünyanın məhvi və məğlubiyyətidir.

"Bu, bizim üçün heç nəyi dəyişmir. Müharibə 8 il davam edə bilər. İrimiqyaslı müharibə isə 70 gündən çoxdur ki. davam edir. Ruslar Ukrayna şəhərlərini yerlə-yeksan edir. Bütün bunları Hollivud qorxu filmlərində nümayiş etdirmək olar", - deyə Zelenski bildirib.

Milli.Az