Türkiyəli tanınmış müğənni Edis Bakıda konsert verib.
Milli.Az OLAY-a istinadən yazır ki, pop ulduz Bakı Konqres Mərkəzində səhnə alıb.
Fanatları Edisi izdihamla qarşılayıb. Sənətçi öz sevilən xitlərini səsləndirməklə yanaşı Azərbaycan mahnısı da oxuyub. Belə ki, o səhnəsi zamanı məşhur "Ayrılıq" mahnısını ifa edib.
Milli.Az