Mariupolda Ukrayna Ordusunun briqada komandiri və qərargah rəisi əsir götürülüb

8 May 2022 09:52

Mariupolda Ukrayna dəniz piyadalarının briqada komandiri, Ukrayna Qəhrəmanı Vladimir Baranyuk və 36-cı briqadanın qərargah rəisi Dmitri Kormyankov əsir düşüb.

Milli.Az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Vladimir Baranyuk və Dmitri Kormyankov "Azovmaş" zavodundan çıxmağa cəhd edərkən əsir götürülüblər.

Milli.Az