Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb

8 May 2022 09:37

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Səbiyev Anar Etibar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az