Göygöl rayonunda evdən qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Göygöl rayonunda vətəndaşa məxsus fərdi evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar F. Məmmədov və İ. Məmmədov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az