“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib

7 May 2022 20:49

Mariupol şəhərindəki "Azovstal" zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

"Prezidentin tapşırığı yerinə yetirilib: "Azovstal"dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb", - o deyib.

Milli.Az