Salyanda 13 yaşlı yeniyetmə su qızdırıcından yandı

7 May 2022 20:48

Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini , 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az