Əfqanıstanda qadınların geyimi ilə bağlı yeni qərar verildi

7 May 2022 17:52

Əfqanıstanda hakimiyyətdə olan Taliban qadınların geyimi ilə bağlı yeni qərar çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Talibanın ali lideri Heybətulla Axundzadə qərar verib.

Qərara əsasən, qadınların ictimai yerlərdə burka geyinməsi məcburidir. Bu, Taliban hakimiyyəti ələ keçirdikdən sonra qadınların həyatına tətbiq edilən ən sərt nəzarətlərdən biridir.

Burka geyinməyənlər üçün bir sıra cəzalar nəzərdə tutulur.

Milli.Az