Poltava raketlə vuruldu

7 May 2022 11:15

Rusiya Poltava vilayətinin Karlovka şəhərinə raket hücumu həyata keçirib: raket infrastruktur obyektinə dəyib.

Milli.Az bildirir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının sədri Dmitri Lunin öz Telegram kanalında məlumat verib.

"Rusiya Karlovkaya raketlər atdı - infrastruktur obyektinə zərbə dəydi. Dağıntılar və qurbanlar barədə məlumatları dəqiqləşdiririk", - Lunin bildirib.

Poltava meri də atışma ilə bağlı məlumatı təsdiqləyib.

"Bugünkü həyəcan siqnalı zamanı səhər tezdən Poltava vilayətinin Karlovkasına raket düşüb. Raket infrastruktur obyektinə düşüb. Mütəxəssislər atəş yerində işləyir", - Aleksandr Mamay bildirib.

Aslan Məmmədov
Milli.Az