Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

7 May 2022 17:45

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,38% artaraq 1 882,8 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,32% azalaraq 22,37 dollar təşkil edib.

Milli.Az