Özünü yarımtikilidə asdı

7 May 2022 10:37

Salyan rayonunda intihar hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Şəkərli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 30-35 yaşında Şiriyev Rauf Həmzə oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az