Aktrisa bu yolla arıqlayıb

7 May 2022 12:37

Hazırda "Kara tahta" serialında rol alan aktrisa Miray Daner qısa müddət ərzində xeyli arıqlamasının sirrini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı sağlam qidalanaraq buna nail olduğunu bildirib:

"Qidalanmağımla bağlı vərdişlərimi dəyişdim. Karbohidrat da, şirniyyat da yeyirəm, sadəcə həmin günün sabahı sağlam qidalanıram. Özəl olaraq pəhriz saxlamıram".

Milli.Az