Engin Altan çəkilişdə ayağını sındırdı

7 May 2022 09:07

Türkiyəli aktyor Engin Altan Düzyatanın başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Barbaroslar Akdenizin kılıcı" serialının çəkilişi zamanı ayağını sındırıb. 

Belə ki, at üzərində olan Engin yanından sürətlə keçən digər atlıyla toqquşub. Hadisə nəticəsində sənətçinin ayağı bir neçə yerdən qırılıb.

Milli.Az