Eyni vaxtda üç qadınla evləndi - VİDEO - FOTO

8 May 2022 01:22

Hindistanın Madhya Pradeş ştatının sakini eyni vaxtda üç qadınla toy edib. Məlumata görə, bundan əvvəl onlar təxminən 15 il birlikdə yaşayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 42 yaşlı Samrata Muryanın toyu altı uşağının iştirakı ilə baş tutub.

İcma adətlərinə görə, mərasim üç gün davam edib. Qadınların ən kiçiyinin 30, böyüyünün 35 yaşı olub.

Milli.Az