“NATO-ya üzvlük məsələsi bir aya həll olunacaq” - Finlandiyanın Baş naziri

7 May 2022 08:39

Finlandiyanın NATO-ya daxil olması məsələsi cari ay ərzində həll oluna bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Finlandiyanın Baş naziri Sanna Marin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində bildirib.

"NATO-ya üzv olmaq qərarı çox yaxın vaxtlarda veriləcək", - Baş nazir deyib.

Daha əvvəl NATO-nun Baş katibi Yens Stotenberq rəhbərlik etdiyi təşkilatın Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacağını, onlara qısa zamanda qoşulmaq imkanı verəcəklərini bildirmişdi.

Bizim Telegram kanalımı

Milli.Az