"Shell" Rusiyada YDM şəbəkəsini qapadır

7 May 2022 09:00

"Shell"-in törəmə şirkəti olan "Shell Neft", şirkətin yeni sahibinə satışını təmin etmək üçün Rusiyadakı yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin və Torjokdakı sürtkü yağları zavodunun fəaliyyətini yaxın günlərdə dayandıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə müəssisənin baş direktoru Sergey Starodubtsev məlumat verib.

"Təsdiq edirik ki, hazırda yanacaqdoldurma məntəqələri şəbəkəsinə və Torjokda sürtkü yağları zavoduna sahib olan "Shell Neft" şirkətinin satışı ilə bağlı danışıqlar aparılır. "Shell Neft"-in yeni sahibinə satışını təmin etmək üçün yaxın günlərdə "Shell" yanacaqdoldurma məntəqələri və sürtkü yağları zavodunun işi müvəqqəti olaraq dayandırılacaq", - S. Starodubtsev qeyd edib.

O vurğulayıb ki, "Shel"l üçün əsas prioritet işçilərin və istehsal proseslərinin təhlükəsizliyi, iş yerlərinin qorunması və Rusiya qanunvericiliyinə riayət edilməsi olaraq qalır.

Milli.Az