Kubada tarixi hoteldə partlayış, ölənlərin sayı 18-ə çatdı - VİDEO - FOTO

7 May 2022 07:15

Kubanın paytaxtı Havanada şiddətli partlayış baş verib.

Tarixi "Saratoga" hotelində baş verən partlayışda 8 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.

Səlahiyyətlilər partlayışın baş verdiyi hotelin yaxınlığındakı məktəbdə uşaqların təxliyə edildiyini və vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb.

Hadisə zamanı ölənləri sayı 22-yə çatıb. Partlayış nəticəsində 66 nəfər müxtəlif xəsarətlər alıb.

"Saratoga" oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.

Milli.Az