Ermənistan polisi Paşinyanı söyən gənci axtarır

6 May 2022 23:55

Ermənistan polisi Baş nazir Nikol Paşinyanı söyən gənci axtarır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, 29 aprel 2022-ci il tarixində saat 06:30 radələrində Sayat-Nova prospektində gənc oğlan Baş naziri təhqir etməyə başlayıb.

Bundan sonra həmin gün saat 06:48-də həmin şəxsin kafelərdən birinin pəncərələrindəki şüşə və alüminium çərçivələri zədələdiyi barədə məlumat daxil olub.

Faktla bağlı cinayət işi açılıb, adı çəkilən gəncin tapılması istiqamətində tədbirlər görülür.

Milli.Az