"70-ə yaxın gəmi limanlarda qalıb"

6 May 2022 23:34

"Bu gün təxminən 70-ə yaxın gəmi limanlarda qalıb. Ekipajın vəziyyəti ən pis Mariupolda olub. Çünki digər limanlarda ekipaj qurudan təxliyə oluna bilər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

Mariupol Ticarət Dəniz Limanı Dövlət Müəssisəsinin müdiri İqor Barski isə Mariupol Limanında hələ də blokadada olan 6 xarici bayraqlı gəmi olduğunu qeyd edib.

Barski onlardan bəzilərinin gəmiqayırma zavodu tərəfindən lazımi təmir işləri aparılmadan limanı tərk edə bilməyəcəyini və Mariupol gəmiqayırma zavodunun məhv edildiyini bildirib.

Milli.Az