Kubanın paytaxtı Havana şəhərinin mərkəzində yerləşən oteldə güclü partlayış baş verib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıblar.
Yerli televiziyada fəlakət yerindən açıqlama verən Kuba prezidenti Miqel Diaz-Kanel "Saratoga" otelindəki partlayışın böyük ehtimalla qaz sızmasından baş verdiyini söyləyib.
Partlayışın gücündən binanın azı iki mərtəbəsi uçub.
Milli.Az