İranda avtobus aşıb, ölənlər var

6 May 2022 21:49

İranda avtobusun dərəyə aşması insan tələfatına səbəb olub

Milli.Az APA-ya istinadən bildirir ki, Xuzestan əyalətinin İzə bölgəsində turistləri daşıyan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən bir neçə nəfər nəqliyyat vasitəsinin altında qalıb. Onların xilasetməsi çətinliklə həyata keçirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.

Milli.Az