Bakıda ev qiymətinə mobil nömrə satışa çıxarıldı - FOTO

6 May 2022 19:18

Azərbaycanda fantastik qiymətə telefon nömrəsi satışa çıxarılıb.

Milli.Az manşet.az-a istinadən xəbər verir ki, nömrə elan saytlarının birində yerləşdirilib.

150 min manata satışa qoyulan nömrənin sahibi qeyd edib ki, nömrə kreditlə satılmır. Yalnız nağd alış mümkündür. Bundan əlavə, qiymətə uyğun barter təkliflərinə də açıqdır.

Milli.Az