"Əməliyyat plan üzrə gedir"

6 May 2022 19:36

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının plana uyğun olaraq davam etdiyini bildirib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, "Əməliyyat plan üzrə gedir", - Peskov bildirib.

Cümə axşamı Belarus prezidenti Lukaşenko Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının gedişi ilə kifayət qədər tanış olmadığını, lakin onun gözləmədiyi kimi uzandığını söylədi.

Aslan Məmmədov
Milli.Az