Audiovizual media fəaliyyəti ilə bağlı dəyişiklik edilib

6 May 2022 15:04

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının 5-ci maddəsində ( Teleradio yayımı fəaliyyəti) aşağıdakı dəyişiklik edilib.

5.

Audiovizual media fəaliyyəti:

5.1.

ümumölkə yerüstü televiziya yayımçısı

5.2.

ümumölkə yerüstü radio yayımçısı

5.3.

regional yerüstü televiziya yayımçısı

5.4.

regional yerüstü radio yayımçısı

5.5.

peyk yayımı həyata keçirən platforma yayımçısı

5.6.

peyk yayımı həyata keçirməyən platforma yayımçısı

5.7.

sifarişli yayım xidməti provayderi

5.8.

sadə platforma operatoru

5.9.

universal platforma operatoru

5.10.

multipleks operatoru

Milli.Az