Gülay Zeynallı: "Mənə güc verən, ayaqda tutan bir sənsən" - FOTO

7 May 2022 02:44

Müğənni Gülay Zeynallı sosial şəbəkədə qızı ilə bağlı paylaşım edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında övladı Sahilənin at çapdığı görüntüləri yayımlayıb.

Gülay videoya xoş sözlərini də əlavə edib:

"Bir bilsən, necə sevirəm səni, qızım. Sən mənim tək xoşbəxtliyimsən. Sevgimsən. Mənə güc verən, ayaqda tutan bir sənsən. Həmişə xoşbəxt ol, gözəl qızım".

Milli.Az