Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlanıb

6 May 2022 15:00

Aprel ayında aptek təşkilatlarında keçirilən planlı yoxlamaların nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 33 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Qeyd edilib ki, 2 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb. Tərtib edilən 4 maddə üzrə 10 protokol yazılıb.

Milli.Az