Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

6 May 2022 12:34

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsini Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib. 

O, sərəncama götürülüb.

Milli.Az