Özbəkistan sərhədçiləri 3 Qırğızıstan vətəndaşını güllələyib

6 May 2022 11:10

Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhəddə bu ölkənin 3 vətəndaşını güllələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Komitə hadisənin Cəlilabad vilayətinin Dobo-Korqon ərazisində baş verdiyini açıqlayıb.

Yaralılar Qırğızıstanın Al-Bukin rayonundakı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı iki ölkə birgə araşdırma aparır.

Milli.Az