Pis şərh yazan istifadəçinin xanımını izlədi

6 May 2022 14:36

Dünyaca məşhur reper Dreyk onu ələ salan izləyicisinə qarşı maraqlı addım atıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, həmin istifadəçinin xanımını instaqramda izləməyə başlayıb.

Dreyk bunu "Mən sadəcə xanımınızı izlədim. O yəqin ki, bədbəxtdir, həyatında həyəcana ehtiyacı var", deyə izah edib.

Həmin izləyici isə ona "Oğlunuz yəqin gerçək olmayan yazarlarla oynayır" şərhini yazmışdı.  

Milli.Az