19 yaşlı qız küçənin ortasında silahla qətlə yetirildi - VİDEO

6 May 2022 14:42

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda gənc qız yaşadığı məhəllədə sakinlərin gözü qarşısında öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Asiye Atalay adlı qız uzun müddət gənc oğlan tərəfindən təqib olunub.

Ötən gecə isə oğlan Asiyə Atalayın yolunu kəsib.

Tərəflər arasında mübahisə yaşanıb. Daha sonra silahını çıxaran şəxs qızın başına atəş açıb.

Asiye Atalay yerindəcə həyatını itirib.

Milli.Az