Lukaşenko: "Belarus Ukraynaya qarşı müharibədə iştirak etməyəcək"

6 May 2022 08:35

Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press" agentliyinə müsahibəsində deyib.

"Biz Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir:

"Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur", - Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.

Milli.Az