Makron partiyasının adını dəyişdi

6 May 2022 08:51

Fransa Prezidenti Emmanuel Makron rəhbəri olduğu "İrəli Respublika" (La République en Marche) partiyasının adını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partiyanın yeni adı "Renessans" olacaq.

Məlumatı partiyanın baş icraçı direktoru Stanislas Guerini də təsdiqləyib.

Milli.Az